Azərbaycan İpoteka və Zəmanət Fondu tərəfindən dövlət xətti ilə krayəyə verilən mənzillərin və ipoteka kreditlərinin sayı, o cümlədən verilən subsidiyaların və ipoteka kreditlərinin məbləği açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu günə qədər 3727 mənzil kirayəçilərin istifadəsinə verilib.
Bu günə qədər 45294 nəfər ipoteka kreditləri üçün müraciət edib və onlara ümumilikdə 2 milyard 680 milyon 778 min 981 manat məbləğində ipoteka krediti verilib.
Cari dövrdə zəmanət və subsidiya verilmiş kreditlərin həcmi 361 milyon 950 min manat təşkil edib.
Rövşən Ziya, Bizim.Media