Ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişən telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.
Bizim.Media xəbər verir ki, o, bu gün doğulduğu Parça Xalac kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Rəşad Əliyev, Bizim.Media