Xəbər verdiyimiz kimi, AzTV-nin xəbər aparıcısı Natəvan Babayeva 46 yaşında uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.
Mərhumun harada dəfn olunacağı ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı N.Babayevanın yaxınları ilə əlaqə saxlayıb.
Aparıcının qardaşı qısa olaraq bildirib ki, Natəvan bu gün Milli Onkologiya Mərkəzində uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.
O bildirib ki, Natəvan Salyanda dəfn olunacaq.
Allah rəhmət eləsin!
Rəşad Əliyev, Bizim.Media