Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova yüngül formada beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bacısının ziyarətinə gedən Əməkdar artist Aybəniz Haşımova Şahnaz xanımın Bakıya gətirilməsi ilə bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.
Aybəniz bildirib ki, bacısı Ş.Haşımova müalicəsini Gömrük Hospitalında davam etdirəcək.
Rəşad Əliyev, Bizim.Media