Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin üzvlərinin Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndi-Kərkidcahan-Xəlfəli yolu ilə silah daşıdığını əks etdirən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, “Telegram” kanallarında yayılan görüntülərdə Rusiya sülhməramlı qüvvələrinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşındığı əks olunub.
Kadrlarda separatçıların avtomobilini rus sülhməramlılarının avtomobili olan “KAMAZ” markalı maşın müşayiət edir.
Bizim.Media