“Hazırda Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilini cəzadan azad etmək və ya ona möhlət vermək mümkünsüzdür”.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media