Hollivud ulduzu Lindsi Lohan ilk dəfə ana olub.
Bizim.Media xəbər verir ki, oğlan övladını dünyaya gətirən 37 yaşlı aktrisa ona Luay adını verib.
Aktrisaya yaxın mənbənin verdiyi məlumata görə, Lohan övladını Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) özəl klinikaların birində dünyaya gətirib.
Qeyd edək ki, Lindsi ötən il Dubaydan olan sevgilisi Bader Şammasa gizlicə ərə gedib.
Rəşad Əliyev, Bizim.Media