Gürcüstanın baş naziri İrakli Qaribaşvili NATO-nun Vilnüs sammitində ölkəsinin Ukraynadan fərqli olaraq heç nə almaması ilə bağlı iddiaları rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı gürcü mətbuatı yayıb.
“Biz strateji səbir siyasətini seçmişik. İstəyirik ki, lazımsız gözləntilər yaratmayaq və ardıcıl olaraq milli məqsədimizə doğru - tədricən NATO və Avropa İttifaqına yaxınlaşaq, lazımi anda bu təşkilatlara üzv olaq”, - Qaribaşvili bildirib.
Bizim.Media