Ermənistanda hərbi hissə komandiri həbs edilib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi hissə komandiri 19,5 milyon dram (təxminən 50 min dollar) məbləğində rüşvət almaqda ittiham olunur.
Bizim.Media