Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkilinə dair yeni TƏLƏBLƏR

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkilinə dair yeni tələblər müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, beynəlxalq müntəzəm marşrutların Azərbaycan Respublikaının ərazisində yerləşən başlanğıc, aralıq və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.

İcazə blankları Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli beynəlxalq müqavilələrə və beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq kvotalar üzrə mübadilə edilməklə, Beynəlxalq Nəqliyyat Forumunun icazələri isə çoxtərəfli sazişlərə uyğun olaraq əldə edilməklə xarici dövlətlərə beynəlxalq daşımaları yerinə yetirmək üçün operatorlara veriləcək.

Qeyd edək ki, hazırda barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “İcazə” blankları əsasında yerinə yetirilir.
Dəyişikliyə görə, icazə blanklarına dair yeni prosedur tətbiq ediləcək.

Beləliklə, icazə sistemi tətbiq edən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mübadilə edilən və verilən "İcazə" blankları (jurnallar) əsasında yerinə yetiriləcək.

"İcazə" blankları (jurnalları) növbəlilik, operatorun bazar payı və ya operatorun malik olduğu nəqliyyat vasitələrinin sayı nəzərə alınmaqla operatorlar arasında bölüşdürüləcək.

"Icazə" blankının (jurnalının) üzərində onun verildiyi operatorun adı və onu fərdiləşdirməyə imkan verən digər məlumatlar qeyd ediləcək. "İcazə" blanklarının (jurnalların) verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödəniləcək.

Layihəyə əsasən, istifadə edilmiş "İcazə blankları (jurnalları) aşağıdakı məlumatlar qeyd edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verilməlidir:

- hüquqi şəxs olduqda, adı, hüquqi ünvanı, hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VOEN), nəqliyyat vasitəsinin və onun qoşqusunun(yarımqoşqusunun) dövlət qeydiyyat nişanı, həmçinin blankdan istifadə tarixi barədə məlumatlar;

- fiziki şəxs olduqda soyadı, adı və atasının adı, hüquqi ünvanı, fiziki şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VOEN), qanunvericiliyin pozulması nəqliyyat vasitəsinin və onun qoşqusunun (yarımqoşqusunun) dövlət qeydiyyat nişanı, həmçinin blankdan istifadə tarixi barədə məlumatlar.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr ilə müəyyən edilən, "İcaze blanklarının (jurnallarının) doldurulması zamanı məlumatların pozulması, təhrif olunması və yenidən yazılması, habelə "İcaza" blankının (jurnalının) başqa şəxslərə ötürülməsi qadağandır.
Əgər hazırda Azərbaycan Respublikasının ərazisində xarici avtomobil daşıyıcıları tərəfindən ölkədaxili daşımalarının yerinə yetirilməsinə yol verilmirsə, layihəyə görə sadəcə, xarici dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi qadağan edilir.

Qüvvədə olan qanuna görə, operatorun məsul şəxsi (şəxsləri), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir.

Hazırlığın keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Tədrisin nəticələrinə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sənəd verilir. 

Dəyişikliyə görə, bu prosedur da təkmilləşdirilir, təhsil müəssisələri hazırlıq prosesinə cəlb olunur. Başqa sözlə, yeni redaksiyaya əsasən, operatorun məsul şəxsi (şəxsləri), habelə qeyri-müntəzəm beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir.

Hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən təşkil edilir və həyata keçiriləcək.

Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslə) bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd veriləcək.
Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO