Xəbər verdiyimiz kimi, ötən axşam aparıcı Vüsalə Əlizadə özünə dəmdəzgahlı doğum günü keçirib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzuna güllər əvəzinə dollar əskinaslarından ibarət böyük çələng hədiyyə olunub.
Həmin dollar çələnginin fotosunu Vüsalə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Həmin çələng 1 dollarlıq əskinazlarla hazırlanıb. Aparıcı dollar çələnginin məşhur həkim kosmetoloq tərəfindən ona hədiyyə olunduğunu bildirib.
Rəşad Əliyev, Bizim.Media