"2026-cı ilədək Qarabağa azı 66 min sakin geri qayıdacaq" - Prezidentin xüsusi nümayəndəsi

"Şübhəsiz ki, mədəni və dini irsin qorunub saxlanması bizim digər prioritetimizdir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri bərpa olunur, Suqovuşan və Hadrut qəsəbələrində isə yeni məscidlərin tikintisi üzrə layihələndirmə işləri aparılır.

Pənahəli xanın sarayı - İmarətdə və Şahbulaq qalasında yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq. İmarətdə yerləşən Azərbaycanın görkəmli şairəsi və xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi özünün ilkin görkəmində artıq bərpa olunub".

Bizim.Media
xəbər verir ki, bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, səhiyyə infrastrukturu üzrə Ağdam və Füzuli şəhərlərində 2 mərkəzi xəstəxananin tikintisinə yaxın zamanlarda başlanılacaq. İstər Ağdamda, istərsə də Füzulidə Zəfər və açıq hava altında İşğal muzeyləri olacaq.

Həmçinin hazırda Füzuli və Ağdam şəhərlərinin mərkəzi parkları və Ağdam Meşə Parkının tikinti layihələri hazırlanma mərhələsindədir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. 1-ci mərhələdə, 2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 2 şəhər mərkəzinin və 32 kəndin tikilməsi, 3 məntəqənin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinimizin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edilməsi qarşımızdakı əsas hədəflərdir”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliyalı futbolçu Fransa klubuna keçir

İtaliyalı futbolçu Fransa klubuna keçir

İribuynuzlu heyvan idxalı artdı - Ət UCUZLAŞACAQ?

İribuynuzlu heyvan idxalı artdı - Ət UCUZLAŞACAQ?

İnterneti həqiqətən kim icad edib? - "Google"un gizlətdiyi qaranlıq TARİX

İnterneti həqiqətən kim icad edib? - "Google"un gizlətdiyi qaranlıq TARİX

Yaponiyada əcnəbi işçilərin sayı yenidən rekord həddə ÇATDI

Yaponiyada əcnəbi işçilərin sayı yenidən rekord həddə ÇATDI

Əraqçi: “Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq”

Əraqçi: “Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq”

Kəmaləddin Heydərov toyda mahnı oxudu – VİDEO

Kəmaləddin Heydərov toyda mahnı oxudu – VİDEO

ABŞ hökuməti qismən "şatdaun" elan etdi

ABŞ hökuməti qismən "şatdaun" elan etdi

Yer ölçüsünə yaxın yeni planet AŞKARLANDI

Yer ölçüsünə yaxın yeni planet AŞKARLANDI

Psixologiyaya görə yuxuları xatırlamamaq nə deməkdir?

Psixologiyaya görə yuxuları xatırlamamaq nə deməkdir?

Ötən gün Azərbaycanda 56 cinayətin üstü açılıb – DİN

Ötən gün Azərbaycanda 56 cinayətin üstü açılıb – DİN

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Ağdamda əri tərəfindən xəsarət yetirilən qadının SON DURUMU

Ağdamda əri tərəfindən xəsarət yetirilən qadının SON DURUMU

Bu ərazilərdə duman müşahidə olunur - FAKTİKİ HAVA

Bu ərazilərdə duman müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycanda mindən çox şəxsin donora ehtiyacı var – RƏSMİ

Azərbaycanda mindən çox şəxsin donora ehtiyacı var – RƏSMİ

Saxta CƏRRAHLARIN ardınca saxta HÜQUQŞÜNASLAR - Özümüzü onlardan necə qorumalıyıq?

Saxta CƏRRAHLARIN ardınca saxta HÜQUQŞÜNASLAR - Özümüzü onlardan necə qorumalıyıq?

90-cı illərdə Azərbaycanda TOY - VİDEO

90-cı illərdə Azərbaycanda TOY - VİDEO

İmtahanlarda təkrar iştirak ödənişli olacaq - Agentlik AÇIQLADI

İmtahanlarda təkrar iştirak ödənişli olacaq - Agentlik AÇIQLADI

Ucarda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Ucarda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Qızıl almaq istədiyini deyərək soyğunçuluq etdi – ANBAAN VİDEO

Qızıl almaq istədiyini deyərək soyğunçuluq etdi – ANBAAN VİDEO

Fevralın ilk gününün HAVA PROQNOZU

Fevralın ilk gününün HAVA PROQNOZU

“Kevin”dən təsirli PAYLAŞIM: “Sənə deyəcək çox sözüm vardı...” - FOTO

“Kevin”dən təsirli PAYLAŞIM: “Sənə deyəcək çox sözüm vardı...” - FOTO

Sabahdan bu avtobuslar YENİLƏNİR - Gedişhaqqı 50 qəpik

Sabahdan bu avtobuslar YENİLƏNİR - Gedişhaqqı 50 qəpik

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: ”İnsanları donor olmağa çağırıram”

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: ”İnsanları donor olmağa çağırıram”

Pezeşkiandan ÇAĞIRIŞ: “Xalqa qarşı yanaşmanı yenidən dəyərləndirin” – VİDEO

Pezeşkiandan ÇAĞIRIŞ: “Xalqa qarşı yanaşmanı yenidən dəyərləndirin” – VİDEO

End of content

No more pages to load

RADİO