2023-cü ilin ilk 6 ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 169.8 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Bizim.Media Dövlət Statistika Komitəsindən verilən məlumata istinadən xəbər verir ki, cari ilin iyun ayında isə bu göstəricinin həcmi 205.8 milyon manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında spirtli içkilərin qiymətləri 2022-ci ilin müvafiq dövrünə ilə müqayisədə 4.5%, tütün məmulatlarının qiymətləri isə 4.6% artıb.
Bizim.Media