Türkiyənin “TRT1” kanalında yayımlanan “Sən türkülerini söyle” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısı səslənib.
Bizim.Media xəbər verir ki, yarışmanın iştirakçısı Ceren Ayça Sevim “Ay Laçın” nəğməsini ifa edib.
Mahnı səslənən zamanı isə monitorlarda Azərbaycan bayrağı nümayiş olunub.
Cerenin ifası münsif heyyəti tərəfindən rəğbətlə qarşılanıb. Lakin iştirakçı növbəti mərhələyə vəsiqə qazanmayıb.
İfadan sonra aparıcı Turqay Başyaylan İkinci Qarabağ müharibəsindən və Laçının işğaldan azad olunmasından söz açıb. Turqay bu mahnını seçib, oxuduğu üçün Cerenə təşəkkürünü bildirib.
Rəşad Əliyev, Bizim.Media