Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Qarabağdakı vəziyyət müzakirə olunub.
Qeyd olunub ki, söhbət zamanı tərəflər regiondakı vəziyyəti nəzərdən keçirib, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələlər müzakirə olunub.
Bizim.Media