“Yanvarda ətin qiyməti 20 MANAT OLACAQ” – AÇIQLAMA 

“Hazırda Azərbaycanda ət və ət məhsullarının qiymətində elə də ciddi bahalaşma yoxdur. Əsasən cavan quzu ətinin nisbi bahalaşması müşahidə olunur. Hazırda quzu ətinin kiloqramı 17-18 manata satılır ki, bu da mart ayında formalaşmış qiymətlərdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Kiloqramı 4 manata idxal edilən kolbasa hansı ətdən HAZIRLANIB? – ARAŞDIRMA 


Onun sözlərinə görə, yaşlı heyvanların qiymətində bir qədər ucuzlaşma nəzərə çarpır:

Qurban bayramı günlərində də elə ciddi bahalaşmanın müşahidə edilmədiyini deyən ekspert, qiymət artımının əsasən mövsümlə bağlı olduğunu diqqətə çatdırıb: 

“Həmin mövsümdə ətin qiymətinin qalxması təbiidir. Ona görə ki, ət istehsalının maya dəyərində ciddi artımlar var. Bunun da kompensasiya edilməsi üçün artımın baş verməsi təbiidir. Digər tərəfdən isə ölkədə ət istehsalı getdikcə azalır və buna müvafiq olaraq təklif aşağı düşür ki, bu, bahalaşmanın baş verməsini labüd edir. Bununla belə, iyul-avqust aylarında qiymət artımının olacağına inanmıram və bunun əsasən sentyabr ayından sonra olacağını düşünürəm. Çünki, həmin dövrdə ətə tələbat artacaq”. 

Qiymətlərin müəyyən dövr ərzində qalxacağını deyən A.Nəsirli vurğulayıb ki, yanvar ayına qədər ətin qiyməti təxminən 20 manata qədər bahalaşacaq:

“Yanvardan sonra isə bahalaşma davam edəcək və 20 manatdan yuxarı olacaq. Bu da onunla bağlıdır ki, ölkədə ət istehsalı və örüş yerləri azalır, ot bahalaşır. Ot sahələrinin böyük hissəsi pambıq və taxıl istehsalçılarının istifadəsinə verilib. Bu da maldarlıq və ət istehsalı ilə məşğul olan fermerlərin sayının, eləcə də ət istehsalının həcminin azalmasına böyük təsir göstərir. İstehsalın həcmi azalması isə bahalaşmaya və ətin maya dəyərinin artmasına səbəb olur. Əgər ət istehsalı artsa, qiymətdə də ucuzlaşma baş verəcək”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir - FOTOLAR

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir - FOTOLAR

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

Sabah Bakıya qar YAĞACAQ

Sabah Bakıya qar YAĞACAQ

İranda zəlzələ olub

İranda zəlzələ olub

“iPhone Fold” belə olacaq - FOTO

“iPhone Fold” belə olacaq - FOTO

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Qurban Qurbanov onun satılmasını istəmir

Qurban Qurbanov onun satılmasını istəmir

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Google istifadəçilərinə ŞAD XƏBƏR

Google istifadəçilərinə ŞAD XƏBƏR

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

End of content

No more pages to load

RADİO