İranın Ermənistana yeni təyin olunmuş səfiri Mehdi Sübhani öz diplomatik missiyasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, Mehdi Sübhani missiyasına başlamazdan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdolahiyanla görüşüb.
İranın XİN rəhbəri səfirlə görüşdə hökumətin qonşuları ilə münasibətlərə üstünlük verilməsi ilə bağlı siyasətini bir daha təsdiqləyib.
Bizim.Media