68-ci “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə İsveçin Malmö şəhəri ev sahibliyi edəcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı Avropa Yayım Birliyi və İsveç yayımçı kanalı "SVT" birlikdə məlumat yayıb.
Yarışmanın “Malmö Arena”da keçiriləcəyi bildirilib.
Arena 15.000 nəfər tamaşaçı tutumuna malikdir. 2013-cü ildə də “Avroviziya” sözügedən məkanda baş tutub.
Müsabiqə 7,9,11 may tarixlərində keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media