Aparıcı Zaur Kamalın şou-biznesin məşhur xanımları ilə çəkilən arxiv görüntüsü gündəm olub.
Bizim.Media xəbər verir ki, aparıcı illər əvvəl müğənnilər - Günay İbrahimli, Sevda Yahyayeva, Ayan Babakişiyeva və Aysel Əlizadə ilə çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Zaur paylaşıma “Cimi və Zita, Gita, Bobbi... O biri yadımdan çıxdı” şərhini yazıb.
İzləyicilər müğənnilərin əvvəlki və indiki görünüşləri arasında “yer-göy” fərqi olduğunu yazaraq, onların hər birisini şərhlərdə “eninə-uzununa” müzakirə ediblər.
Rəşad Əliyev, Bizim.Media