Müğənni Günay İbrahimli valideynləri ilə bağlı paylaşım edib.
Bizim.Media xəber verir ki, sənətçi sosial şəbəkə hesabında anası İlhamə xanım və atasının birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb.
İbrahimli yayımladığı şəkilə “Mənim ürəklərim” qısa şərhini yazıb.
Qeyd edək ki, Günay İbrahimlilər ailəsinin böyük övladıdır. Müğənninin İlahə adında bir bacısı və Nicat adında bir qardaşı var.
Rəşad Əliyev, Bizim.Media