Bu gün, iyulun 5-də Xankəndidən 15 xəstə onları müşayiət edən şəxslərlə birgə "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistanın tibb mərkəzlərinə aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) yayıb.
Mənbə yazır ki, Ermənistanda müalicə alan 17 xəstə isə gün ərzində BQXK avtomobillərində Xankəndiyə qayıdacaq.
Bizim.Media