"Qarabağ" transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Ağdam klubunun növbəti transferi Türkiyədən ola bilər.
Azərbaycan çempionu "Samsunspor"un hücumçusu Ahmet Saqatla maraqlanır. Türkiyə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq forvarda təklif göndərən komandalardan biri "Qarabağ"dır.
Onun Ağdam klubuna keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, "Tennis Borussiya Berlin" klubunun yetirməsi olan oyunçu “Optik”, “Dinamo Drezden”, “Berliner”, “Babelsberq”, “Koblents”, “Menemenspor”da oynadıqdan sonra 2022-ci ildə “Samsunspor”a keçib. Forvard ötən mövsüm 28 oyuna 9 qol vurmağı bacarıb.
Rəşad Rafiqoğlu, Bizim.Media