Rusiya rəsmiləri Ukraynaya erməni əsilli şəxslərdən təşkil olunmuş yeni bir batalyon göndərir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Müharibəni Araşdırma İnstitutu (ISW) Rusiya mənbələrinə istinadən yayıb.
İyulun 2-də rus mətbuatı “Arbat” könüllü batalyonunun Moskvadakı erməni kilsəsindən yola salınma mərasiminin fotolarını yayıb.
Qeyd edilib ki, Ukraynaya qarşı döyüşəcək erməni batalyonunda Ermənistan vətəndaşları və Abxaziyadan olan etnik ermənilər yer alıb.
Bizim.Media