Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Dinamo"ya məxsus olan futbolçuya "Jirona"dan təklif gəlib.
İspaniya Primerosunda mübarizə aparan klub Emreli üçün Zaqreb təmsilçisinin rəsmiləri ilə danışıqlara start verib. Xorvatiya çempionu millimizin üzvü üçün ispanlardan 2,5 milyon avro tələb edib. Qarşıdakı həftə Mahirin "Jirona"ya keçidi məsələsi aydınlaşacaq.
Xatırladaq ki, 25 yaşlı futbolçu başa çatan mövsümü qış fasiləsindən sonra "Konyaspor"da keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media