İranın rabitə naziri İsa Zarepur internetə qoyulmuş məhdudiyyətlə bağlı vətəndaşların iradları qarşısında gülünc duruma düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Azad İran” teleqram kanalında yayımlanıb.
Zarepur internetin çalışdığını sübut etmək üçün vətəndaşa "Telefonunuzu çıxarın, internetin işləmədiyini mənə göstərin!" deyib.
Vətəndaş isə nazirə tutarlı cavab verib:
"Yükləməni bağladınız, Cloudflare-ni bağladınız, SNI-ni kəsdiniz, qlobal xidmətləri filtrlədiniz, hər şeyi məhdudlaşdırdınız!".
Bizim.Media