Müğənni Madonna ağır bakterial infeksiyaya yoluxaraq xəstəxanaya yerləşdirilib.
Bizim.Media "Sky News"a istinadən xəbər verir ki, sənətçi ötən şənbə, iyunun 24-də xəstəxanaya yerləşdirilib.
Əvvəlcə Madonna reanimasiya şöbəsinə yerləşdirilib. İndi onun səhhəti getdikcə yaxşılaşmağa başlayıb, lakin müğənni hələ də həkimlərin diqqətindədir.
Xəstəliyi səbəbindən Madonnanın iyulun 15-də başlamalı olan konsert turu təxirə salınıb.
Bizim.Media