İranın "ASA JET" Hava Yolları şirkəti Təbriz-İrəvan-Təbriz istiqamətində uçuşlarını həyata keçirməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan Hava Limanlarının baş direktoru Ramin Azəri “İRNA”ya açıqlamasında məlumat verib.
O qeyd edib ki, Təbriz-İrəvan aviareysi həftdə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçirləcək.
Bununla da Təbrizdən xarici ölkələrə aviareyslərin sayı 5-ə çatıb.
Bizim.Media