Ermənistan parlamentinin dünən keçirlən növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, 107 deputatdan 64-ü layihənin leyhinə səs verib.
Yeni qanuna əsasən, 18-27 yaşlı qadınlar hər il martın 1-dən və oktyabrın 1-dək altı aylıq xidmət üçün müraciət edə bilərlər.
Qadınların çağırış günündən əvvəl xidmətdən imtina etmək hüquqları var.
Bizim.Media