Növbəti mövsümdən birinci liqada mübarizə aparacaq “İrəvan” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, debütant bu postu Elbrus Məmmədova həvalə edib.
Onun köməkçisi isə Aqil Məmmədov olacaq.
Qeyd edək ki, Sumqayıt futbol məktəbinin yetirməsi olan Elbrus Məmmədov son olaraq 21 yaşlılardan ibarət milli komandanın keçmiş baş məşqçisi Milan Obradoviçin köməkçisi işləyib.
O, əvvəllər həmçinin “Xəzər-Lənkəran” klubunda da fəaliyyət göstərib.
Rəşad Rafiqoğlu, Bizim.Media