Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bir gəlinin toyunda komplekssiz rəqs etməsinin videosunu yayımlayaraq belə bir xanımla oğlu Cahadın evlənməsini yazıb.
“Sağlam bədəndə sağlam ruh olar. Özüm kimi siqaretdən, spirtli içkilərdən uzaq gəlin istəyirəm. Oğlum rəqs etməyi bacarmır. O oynasın mən də doyunca baxım”, - deyə Dadaşova vurğulayıb.
Qeyd edək ki, Brilliant Dadaşova müsahibələrində tezliklə oğlu Cahadı evləndirib qayınana olmaq istədiyini açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media