Ceyhun Bayramov Koreya xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə görüşüb

23 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib. 

Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.  
Ölkələrimiz arasında, iqtisadiyyat, yüksək texnologiyalar, enerji, təhsil, turizm və bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib. 

Nazir daha sonra, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. 

Koreya xüsusi nümayəndəsi öz növbəsində iki ölkə arasında əlaqələrin uğurlu inkişafını vurğulayaraq, Koreyanın Azərbaycanla investisiya, təhsil, gəmiçilik, ərazilərin minalardan təmizlənməsi, nəqliyyat, kommunikasiya, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub.

Koreya şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. 

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO