“Klon” serialının baş qəhramanı, “Hade” obrazı ilə məşhurlaşan braziliyalı aktrisa Covanna Antonelli son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, Portuqaliyada istirahət edən 47 yaşlı ulduz, dəbdəbəli otel nömrəsində köpüklü vannaya uzanıb.
Həmin anları isə Covanna sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Onlar Antonelliyə “Sən mükəmməlsən - həm serialda, həm də indi”, ““Klon” serialına uşaqlıqda baxmışam, amma indi səndən yaşlı görsənirəm” sözləri ilə hisslərini və duyğularını ifadə ediblər.
Rəşad Əliyev, Bizim.Media