Ermənistan və Fransanın müdafiə nazirləri arasında görüş keçirilib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, görüş Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə işgüzar səfəri çərçivəsində baş tutub.
Papikyan Sebastyan Lekornyu ilə regional təhlükəsizlik məsələlərini və sentyabrda əldə olunmuş birgə razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işləri müzakirə edib.
Bizim.Media