1800-ə yaxın qaziyə tibbi xidmət göstərilib - FOTO

2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları ərzində İkinci Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailəsi üzvlərinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 13158 sayda tibbi xidmət göstərilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, xidmətlərin 10962-si ambulator, 2196-sı isə stasionar şəraitdə göstərilib.

Tibbi xidmətlər almış 2172 şəxsin 1754 nəfəri müharibə iştirakçısı, 418 nəfəri isə şəhid ailəsi üzvü olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş müraciətlər əsasən qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stress pozuntusu, nevrasteniya, gərginlik tipli baş ağrıları, cərrahi sarğılara və tikişlərə qulluq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı olub.

Müraciət etmiş şəxslərə ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələr təyin olunub, onların müayinə və müalicəsi üçün zəruri addımlar atılıb.

18 nəfər müharibə iştirakçısı və şəhid ailə üzvləri oftalmoloji, uroloji, travmatoloji, ginekoloji, otorinolarenqoloji xəstəliklər və ümumi cərrahiyyə üzrə əməliyyat olunaraq sağlamlığına qovuşub.

Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib ki, cari ilin fevral ayında Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə təşkilatçılığı, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib. Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar.

Türkiyəli həkimlər Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı, Buzovna qəsəbəsindəki Reabilitasiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında döyüşlərdə yaralanmış 155 hərbçini müayinə ediblər.

Vüqar Qurbanovun sözlərinə görə müayinəyə əsasən yuxarıda adıçəkilən ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi davam edən və evə yazılmış qazilər cəlb olunublar:

“Hərbçilər müharibə dövründə aldıqları zədənin ağırlıq dərəcəsinə görə çeşidlənib və onlar haqqında tibbi rəy verilib. Müayinələrin nəticələrinə əsasən 5 qazinin vəziyyəti həddən artıq ağır qiymətləndirilib və əməliyyat olunması üçün Türkiyədən bir neyrocərrahın və onun komandasının yaxın vaxtlarda Bakıya səfəri nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülür”.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO

Nazir və deputatın mübarizəsi gündəm oldu: MARAQLI görüntülər - VİDEO

Nazir və deputatın mübarizəsi gündəm oldu: MARAQLI görüntülər - VİDEO

Əməkdar artistin bacısının evi qarət olundu

Əməkdar artistin bacısının evi qarət olundu

Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

Naftalanda yeniyetməni parkda zibil qabına atıb, videosunu tiktok-da yaydılar

Naftalanda yeniyetməni parkda zibil qabına atıb, videosunu tiktok-da yaydılar

Meteohəssas insanlara XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

Bu şəxslərə hər ay 1500 manat veriləcək - ADLAR

Bu şəxslərə hər ay 1500 manat veriləcək - ADLAR

Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO

Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO

SON DƏQİQƏ: Rusiya mayın 8-dən 10-dək ATƏŞKƏS elan etdi

SON DƏQİQƏ: Rusiya mayın 8-dən 10-dək ATƏŞKƏS elan etdi

Millimiz Qəbələdə toplanış keçəcək

Millimiz Qəbələdə toplanış keçəcək

Körfəz Əməkdaşlıq Şurasından İrana XƏBƏRDARLIQ: BƏƏ-nin yanındayıq!

Körfəz Əməkdaşlıq Şurasından İrana XƏBƏRDARLIQ: BƏƏ-nin yanındayıq!

Missisipi ştatında silsilə tornadolar olub: xəsarət alanlar var

Missisipi ştatında silsilə tornadolar olub: xəsarət alanlar var

Rubio Vatikanda Roma Papası ilə görüşdü: əsas mövzu Yaxın Şərq oldu

Rubio Vatikanda Roma Papası ilə görüşdü: əsas mövzu Yaxın Şərq oldu

Sumqayıtda gənc qızı maşınına dəvət edən sürücü CƏZALANDIRILDI

Sumqayıtda gənc qızı maşınına dəvət edən sürücü CƏZALANDIRILDI

Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

Qurban Qurbanovun yeni biznesi: Açılışa KİMLƏR gəldi?

Qurban Qurbanovun yeni biznesi: Açılışa KİMLƏR gəldi?

Bu qurumlar metropolitenə birləşir - NƏ DƏYİŞƏCƏK?

Bu qurumlar metropolitenə birləşir - NƏ DƏYİŞƏCƏK?

Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO

Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO

Monteneqroda Milli Məclisə müşahidəçi statusu verildi - FOTO

Monteneqroda Milli Məclisə müşahidəçi statusu verildi - FOTO

Sumqayıtda yataqxanada yanğın: 12 nəfər təxliyə edildi - FOTO/VİDEO

Sumqayıtda yataqxanada yanğın: 12 nəfər təxliyə edildi - FOTO/VİDEO

Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

Gəmidə yayılan virusla bağlı ÜST-dən açıqlama

Gəmidə yayılan virusla bağlı ÜST-dən açıqlama

Zelenski Umerovun qarşısına qoyulan İKİ ƏSAS tapşırığı açıqladı

Zelenski Umerovun qarşısına qoyulan İKİ ƏSAS tapşırığı açıqladı

End of content

No more pages to load

RADİO