Sülh üçün “ilkin şərt” TƏLƏBİ – Ermənistan danışıqları bu variantla pozmağa çalışır?

Ermənistan ikili oyun oynamağa davam edir. İrəvan rəsmiləri sözdə sülh istədiyini desə də, əməldə sülhə əngəl ola biləcək bütün imkanlardan istifadə edər. Elə Ermənistan prezidenti Vahan Xaçaturyanın Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşündə səsləndirdiyi fikirlər də bunun sübutudur. 

Xaçaturyan deyib ki, rəsmi İrəvan ilkin şərt olmadan qonşuları ilə münasibətləri normallaşdırmağa hazırdır:

“İrəvan Cənubi Qafqaz regionunda sabit və uzunmüddətli sülhə nail olmaq üçün öz mövqeyində qətidir və mehriban qonşuluq və nizamlı münasibətləri qurmağa hazırdır. Həm də ilkin şərt olmadan”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistandan növbəti TƏXRİBAT HAZIRLIĞI - “Yaxın saatlarda...”


Təbii ki, Ermənistan prezidenti “ilkin şərt” dedikdə, Azərbaycanın və Türkiyənin uzunmüddətli sülh üçün irəli sürdüyü tələbləri nəzərdə tutur. Bu tələblərə Ermənistanın 8 anklavdan geri çəkilməsi, Azərbaycanın suverenliyinə hörmət etməsi və Zəngəzur dəhlizinin açılması daxildir. Türkiyənin əsas tələbi isə qondarma 1915-ci il “erməni soyqırımı”ndan imtina edilməsidir. Lakin, rəsmi İrəvan Azərbaycan və Türkiyənin bu tələblərini yerinə yetirmək istəmir. 

Amma sülhdən danışır...

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan hazırda bölgədə gərginlik görüntüsü yaratmaqda maraqlıdır:

“Son dövrlər sərhədlərə qoşun birləşmələrinin cəlbi Ermənistanın sülh prosesində əsla maraqlı olmadığını göstərir. Vəziyyət aydındır. Xarici güc faktorları bölgəni sabotaj etmək üçün Ermənistandan kukla kimi istifadə edirlər. Ermənistan, ümumiyyətlə, sülh danışıqları olan zaman Azərbaycanın əleyhinə müxtəlif təxribatlar törədib. Bundan öncə Brüssel və Vaşinqton görüşlərində də Ermənistan bu cür təxribatlara əl atdı. 

Yenə görürük ki, Ermənistan tərəfindən ölkəmizə qarşı çirkin hücumlar həyata keçirilir. sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilərsə, Ermənistan mina və digər humanitar problemlərin, böhranların həlli üçün səmimi niyyət ortaya qoyarsa, bunlar sülh müqaviləsi istiqamətində vacib bir addım hesab edilə bilər”.

Politoloq qeyd edib ki, son dövrlər Paşinyanın sülh ilə bağlı verdiyi açıqlamalar daha çox Qərbə yönəlib:

“O, Qərbə Ermənistanın guya sülhə hazır olması haqqında görüntü verir və həmçinin problemin həll edilməməyində birbaşa olaraq, Moskvanı günahlandırır. Bütün bunlar Paşinyanın növbəti manevr cəhdlərindən biridir. Azərbaycan və Ermənistan arasında artıq real sülhdən başqa heç bir şans qalmayıb. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sülh üçün son şans kimi bu ilin sonunadək müddət müəyyənləşdirib. Artıq Ermənistan ağlını başına yığaraq, bu prosesdə mütləq və konkret addımlar atmalı olduğunun fərqinə varmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

End of content

No more pages to load

RADİO