Azərbaycanda ürəktutmaların səbəbi koronavirus PEYVƏNDİDİR? - Professordan maraqlı AÇIQLAMA

Azərbaycan dünyada ürək xəstəliklərindən ölümə görə ikinci yerdədir. Son vaxtlar qan-damar xəstəliklərinin və ölüm hallarının artması müşahidə olunur. Bu xəstəliklərin yaranmasına genetik faktorlar və xroniki xəstəliklər səbəb gətirilsə də, artım tepmi pandemiya ilə əlaqələndirilir. 
İddialara görə, Azərbaycanda ürək xəstəliklərinin gəncləşməsi və ölüm hallarının artmasına səbəb koronavirusa qarşı vurulan peyvəndlərdir. Məhz vaksinasiyadan sonra əksər insanlarda yeni xəstəliklərin baş qaldırması, ürəktutmaların, qəfil ölümlərin çoxalması barədə iddialar var. 

Bu barədə Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd olunan iddialarla razılaşmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ürək xəstəliklərinin sayı niyə ARTIB? – Həkimlərdən CAVAB 


O, deyib ki, bununla bağlı əldə heç bir əsas yoxdur:

“Bunlar şaiyələrdir və koronavirusla bağlı aparılan əsassız təbliğatlardır. Oradan-buradan qidalanan və məqsədli şəkildə həyata keçirilən təbliğatın nəticəsidir. Koronavirus peyvəndinin, eləcə də pandemiyanın özünün nəticələri ilə bağlı dünyada aparıcı xəstəliklərə nəzarət və profilaktika mərkəzləri tərəfindən ciddi tədqiqatlar aparılıb. Yəqin ki, yaxın vaxtlarda onunla bağlı müəyyən məlumatlar dərc ediləcək. Məhz bundan sonra nəsə demək mümkün olacaq.

Pandemiyadan əvvələ qədər 50 yaşında 10 adam yoxlansaydı, onun 4-5-nin ürəyində stend olduğu ortaya çıxacaqdı. Ürək-damar xəstəliklərinin son vaxtlar daha da artması bununla daha çox izah olunur. İndi pandemiyanın bununla nə dərəcədə əlaqəsinin olduğunun öyrənilməsi ilə bağlı da işlər gedir. Hər halda ürək xəstəliklərinin peyvənddən sonra artmasını birbaşa demək çətindir və bu, fikrimcə, əsassızdır”. 

Adil Qeybulla qeyd edib ki, əslində ürək xəstəliklərindən ölüm hallarının artması bütün dünya üzrə görünən tendensiyadır:

“Bu xəstəlikdən ölüm halları hər zaman dünyada ilk sıralarda olub. Son vaxtlar Azərbaycanda bu xəstəliyin xeyli gəncləşməsinin səbəbləri var. Birincisi, həddən artıq qidalanma və qidalanmanın xüsusən günün ikinci yarısına düşməsi, trans yağların bizim qida rasionumuza daxil olması, aşırı tənbəllik, yəni daxil olan kalori ilə sərf olunan kalori arasında disbalans, şəkərli diabet, zərərli vərdişlərin olması, aşırı alkoqollu içki qəbulu və s... 

Toylar, mərasimlər, əyləncə və mərasimlərin hamısı günün ikinci yarısına təsadüf edir. Bütün bunlar sözügedən xəstəliyin baş qaldırmasında ciddi rol oynayır. Bundan əlavə qida mədəniyyətinin və kütləvi idmanın olmaması, bu məsələdə kompleks hissinin formalaşması, xolestilin artıqlığı da qeyd olunan xəstəliklərə səbəb olan amillərdəndir. 
Hesab edirəm ki, həyat tərzinin sağlamlaşdırılması istiqamətində özümüz də təşəbbüs göstərməliyik. Televiziya ekranlarında şou və mənasız verilişlərin nümayiş olunmasındansa, genefondun sağlamlaşdırılması istiqamətində maarifləndirici proqramların verilməsi daha məqsədəuyğundur.  Həmçinin qida mədəniyyətinə dəyişikliklərin edilməsi, fiziki fəallığın artırılması da çox vacibdir və gələcəkdə də bu istiqamətdə iş aparılmalıdır ki, qarşısı alına bilsin”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu Qəzzada məscidə HÜCUM ETDİ - VİDEO

İsrail ordusu Qəzzada məscidə HÜCUM ETDİ - VİDEO

“Neftçi” nigeriyalı futbolçu ilə MARAQLANIR

“Neftçi” nigeriyalı futbolçu ilə MARAQLANIR

Özü və xanımı yenidən tələbə oldu

Özü və xanımı yenidən tələbə oldu

Qazlı suyun daha bir ZƏRƏRİ - ARAŞDIRMA

Qazlı suyun daha bir ZƏRƏRİ - ARAŞDIRMA

Musa Qurbanlı: “Xal qazanmaq üçün döyüşəcəyik”

Musa Qurbanlı: “Xal qazanmaq üçün döyüşəcəyik”

“Zeynəb Xanlarovadan dəvət gözləyirəm, çağırsa, gedəcəyəm”

“Zeynəb Xanlarovadan dəvət gözləyirəm, çağırsa, gedəcəyəm”

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI - FOTO

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI - FOTO

İkinci Liqa: “Qaradağ Lökbatan” rəqibini DARMADAĞIN ETDİ

İkinci Liqa: “Qaradağ Lökbatan” rəqibini DARMADAĞIN ETDİ

Putin müharibə başlayandan ilk dəfə HƏRBİ GEYİMDƏ - VİDEO

Putin müharibə başlayandan ilk dəfə HƏRBİ GEYİMDƏ - VİDEO

Azərbaycan və beş ölkənin qatıldığı birgə təlim BAŞA ÇATDI - FOTO/VİDEO

Azərbaycan və beş ölkənin qatıldığı birgə təlim BAŞA ÇATDI - FOTO/VİDEO

“Nikosayağı”dan TƏSİRLİ PAYLAŞIM: “Dost gedib özümə gələ bilmirəm” - VİDEO

“Nikosayağı”dan TƏSİRLİ PAYLAŞIM: “Dost gedib özümə gələ bilmirəm” - VİDEO

Cəlilabadda məktəbdəki qətllə bağlı CİNAYƏT İŞİ açıldı

Cəlilabadda məktəbdəki qətllə bağlı CİNAYƏT İŞİ açıldı

“Qarabağ”ın U-19 komandasının 1:7 hesablı məğlubiyyətini belə İZAH ETDİ

“Qarabağ”ın U-19 komandasının 1:7 hesablı məğlubiyyətini belə İZAH ETDİ

Pul xərcləməyi sevən BÜRCLƏR

Pul xərcləməyi sevən BÜRCLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

“TikTok” ABŞ-da Trampın yaxın adamına SATILACAQ

“TikTok” ABŞ-da Trampın yaxın adamına SATILACAQ

“Arda ilə Mbappe “Real”ın ölümcül silahına çevrilir” - “Marca”

“Arda ilə Mbappe “Real”ın ölümcül silahına çevrilir” - “Marca”

ABŞ İrana yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana yeni sanksiyalar TƏTBİQ ETDİ

İcra başçısı brend geyimi ilə DİQQƏT ÇƏKDİ

İcra başçısı brend geyimi ilə DİQQƏT ÇƏKDİ

Bakıda Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə kurs keçirilir - FOTO

Bakıda Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə kurs keçirilir - FOTO

Bakının BU YOLLARINDA tıxac var

Bakının BU YOLLARINDA tıxac var

"Liverpul"la oyunu BURAXACAQLAR

"Liverpul"la oyunu BURAXACAQLAR

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə İMZALANDI

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə İMZALANDI

UEFA Gənclər Liqası: “Qarabağ” “Benfika”ya böyük hesabla uduzdu

UEFA Gənclər Liqası: “Qarabağ” “Benfika”ya böyük hesabla uduzdu

End of content

No more pages to load

RADİO