Keçmiş "Dəyirman" qrupunun üzvü, ABŞ-a köçən Elmir Məhərrəmov oğlu ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi övladının ibtidai məktəbi bitirdiyini bildirərək, həyat yoldaşı və oğlu ilə məktəb önündə çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.
Elmir paylaşdığı şəkilə "İnanmaq çətindir ki, ABŞ-a köçməyimizdən artıq 5 il keçib. Elə bil dünən oğlumu ilk dəfə məktəbə aparmışam. O, artıq ibtidai məktəbi bitirir. Zaman uçdu..." şərhini yazıb.
Qeyd edək ki, sənətçinin bu nikahdan bir qız övladı da var.
Rəşad Əliyev, Bizim.Media