Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Misirin paytaxtı Qahirədə təşkil olunan “Pharaoh's Cup” beynəlxalq turnirində fərqləniblər.
Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc mükafata yiyələnib.
Yeniyetmələrin yarışında Dilarə Qurbanova və Sara Əlixanlı isə fərdi proqramda finala vəsiqə əldə ediblər.

Bizim.Media