Dünya şöhrətli məşhur amerikalı repçi Eminemin övladığa götürdüyü qızı Alayna Skott ərə gedib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, repçinin qızı sevgilisi Mett Moeller ilə ailə qurub.
Onların toyu iyunun 9-da baş tutub. Cütlüyü xoş günlərində ailə üzvləri və dostları tək qoymayıblar.
Qeyd edək ki, 7 ildir münasibətdə olan Alayna ilə Mett may ayında nişanlanmışdı.
Rəşad Əliyev, Bizim.Media