Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandal qəza keçirib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Melis girekopterin mühərrikində yaranan problem səbəbi ilə yerə sərt eniş edib.
O, qəza nəticəsində ağaca çırpılıb. Xəstəxanaya aparılan Melis və pilotun vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Mustafa və Melis cütlüyü bir il əvvəl ailə qurub.
Rəşad Əliyev, Bizim.Media