İranda İncəsənət Universitetinin tələbələri hicab taxmağın məcburi olmasına etiraz olaraq oturaq aksiya keçiriblər.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İran Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb.
Bildirilib ki, 50- ə yaxın tələbə məcburi hicab taxılmasına etiraz edib.
Həmçinin universitetin təhlükəsizlik xidmətinin rəisi Hamzə Bərzəvi tələbələri təhsil aldıqları ali məktəblərə girişlərini qadağan edəcəyi ilə hədələsə də aksiya davam etdirilib.
Bizim.Media