İranda "hakimiyyəti təhqir etmək və yalan məlumatlar dərc etmək" kimi ittihamlarla “Instagram”da etdiyi bir neçə etiraz paylaşımına görə Əmir Məhəmməd Rzayi Ərdəkani adlı gənc həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 20 yaşlı Əmir Məhəmməd Rzayi hazırda hökumət qüvvələri tərəfindən dindirilir və həmin qüvvələr onun ailəsindən və qohumlarından bu barədə susmağı tələb edib. Bildirilib ki, atasını itərən gəncin anası isə övladının problemi ilə təkbaşına məşğul ola bilmir.
Bizim.Media