Xalq artisti Mənsum İbrahimov efirlərdə bayağı mahnıların səslənməsinin qarşısının alınması üçün şura yaradılması ilə bağlı təklif irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Xalq artisti bildirib ki, bayağı mahnılar gənclərimizin tərbiyəsini pozur:
“Bu, çox problemli məsələdir. Televiziyalarda sənətkarlardan və ziyalılardan ibarət ümumi şura yaradılmalıdır ki, efirdə bayağı mahnılar səsləndirilməsin. O zaman keyfiyyətsiz musiqi də olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü korlayır. Genefondumuza zərbədir. Gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir edir”.
Rəşad Əliyev, Bizim.Media