Azərbaycan və Türkiyə liderlərinin geniş tərkibdə görüşü KEÇİRİLİB - VİDEO

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: 

"Sizin dövlət səfəriniz bizi çox məmnun edir. Şadam ki, prezident seçkilərindən qısa müddət sonra Siz Azərbaycana səfər edirsiniz. Bir daha sizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır. 

Biz bu gün Sizinlə artıq təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir.
Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız. 

Mən yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Dünən artıq bizim nazirlər və digər yüksəksəviyyəli rəsmilər bir arada olmuşlar, bu gün də bu təmaslar davam edir.

Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq. Bir daha xoş gəlmisiniz". 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Hörmətli cənab Prezident, əziz Qardaşım. Hörmətli heyət üzvləri. 

Sizləri öz adımdan, heyətim adından ən səmimi hisslərimlə salamlayıram. Millətimizin iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali Kipri ziyarət etdik, sonra da dərhal Bakıya gələrək Sizinlə bir arada olduq.
Göstərdiyiniz qonaqpərvərliyə görə şəxsən öz adımdan və heyətim adından səmimi təşəkkürlərimi xüsusilə ifadə edirəm. 

Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər.

Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram. 

Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır. 

Maarif Vəqfimiz Azərbaycan qurumlarının dəstəyi ilə təhsil-tədris sahəsində fəaliyyətini davam etdirir. İnşallah, gələn il məktəbimizin yeni təhsil korpusunu istifadəyə verməyi planlaşdırırıq. 

Əziz qardaşımla təkbətək görüşümüzdə xüsusilə Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmiryolu xəttini də bir an əvvəl müzakirə etməyimizdə fayda var". 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəriman oynamadı, komandası xal itirdi – VİDEO

Nəriman oynamadı, komandası xal itirdi – VİDEO

Ağsuda oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

Ağsuda oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

Blinken: “Tramp özünü elə bir küncə salıb ki, oradan çıxmaq...”

Blinken: “Tramp özünü elə bir küncə salıb ki, oradan çıxmaq...”

İsrail ordusu “Hizbullah”ın yeraltı tunelini məhv etdi – ANBAAN VİDEO

İsrail ordusu “Hizbullah”ın yeraltı tunelini məhv etdi – ANBAAN VİDEO

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

İran rəsmisindən ŞOK AÇIQLAMA: “ABŞ qüvvələri pilotu xilas etməyə gəlməmişdi” - VİDEO

İran rəsmisindən ŞOK AÇIQLAMA: “ABŞ qüvvələri pilotu xilas etməyə gəlməmişdi” - VİDEO

“Sea-Breeze” memarlıq möcüzələri ilə ilklərə imza atır – VİDEO

“Sea-Breeze” memarlıq möcüzələri ilə ilklərə imza atır – VİDEO

Süni intellekt iş həftəsini 3 günə endirəcək? - DETALLAR

Süni intellekt iş həftəsini 3 günə endirəcək? - DETALLAR

Bakıda keçiriləcək Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək - FOTO

Bakıda keçiriləcək Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək - FOTO

Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB

Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB

Aysun keçmiş ərindən YAZDI: “Yoxa çıxıb” - FOTO

Aysun keçmiş ərindən YAZDI: “Yoxa çıxıb” - FOTO

Qadın 7 yaşlı uşağı ilə qar uçqununun altında qaldı – VİDEO

Qadın 7 yaşlı uşağı ilə qar uçqununun altında qaldı – VİDEO

Qalibaf ABŞ-a istehza etdi: “4–5 dollarlıq benzini həsrətlə xatırlayacaqsınız” – FOTO

Qalibaf ABŞ-a istehza etdi: “4–5 dollarlıq benzini həsrətlə xatırlayacaqsınız” – FOTO

Xınalıq yolunda “qar divar”lar - FOTO

Xınalıq yolunda “qar divar”lar - FOTO

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı - VİDEO

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı - VİDEO

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

End of content

No more pages to load

RADİO