Nəzakət Çimnaza “OD PÜSKÜRDÜ”: “Özünü bu tərzdə aparan qadın irəli gedə bilməz” - VİDEO

“Çimnaz Sultanovaya baş qoşmaq istəmirəm, çünki səviyyəmə və statusuma uyğun insan deyil. Çimnaz mənə nə şəxsiyyət, nə də ki, Allahın yaratdığı insan kimi maraqlı deyil. İnsan elə bir insana baş qoşar ki, ona tay olar. Amma Çimnaz mənə tay deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Nəzakət Məmmədova “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Aktrisa bildirib ki, son zamanlar onun adından qarşı tərəfin ünvanına təhqir dolu paylaşımlar edilib. Nəzakət bu məsələdə Çimnazın əli olduğunu söyləyərək, ona xəbərdarlıq ünvanlayıb: 

“Sosial şəbəkələrdə xəbərlər çıxıb ki, güya Çimnaza "erməni", "ar olsun" sözlərini demişəm. Həqiqətən o sözləri mən yazmamışam. Bəlkə də Çimnaz “fake” (saxta – red.) hesablar yaradır və özünü mənim sayəmdə reklam etmək üçün paylaşımlar edir. Allahdan Çimnaza şəfa diləyirəm. İndiyə kimi Çimnaza nə demişəmsə, hamısının arxasında dururam. Yaxşı eləmişəm demişəm. Nahaqdan bu sözləri deməmişəm. Haqqına demişəm. Mənim adımdan kimsə nələrsə yazıb paylaşıbsa, bunun mənə heç bir aidiyyatı yoxdur".

Məmmədova bildirib ki, Sultanova onunla qalmaqal edərək özünü reklam edib, gündəmə gətirir: 
 
“Məni xalqımız aktrisa Nəzakət Məmmədova kimi tanıyır. Bundan sonra on il heç bir yerdə çəkilməsəm də yenə də xalqın sevimlisi Nəzakət Məmmədova kimi qalacağam. Bugünkü gün Çimnaz Sultanova isə gündəmə videoları və fotoları ilə gəlir. Onun sənətində heç bir irəliləyiş və yenilik yoxdur. Bu tərzdə özünü aparan bir xanım heç zaman irəli gedə bilməz”. 

Çimnazın onu məhkəməyə verəcəyi xəbərinə isə Nəzakət eyni addım atacağının da anonsunu verib: 

“Əgər belə bekar adamdırsa, versin məni məhkəməyə. Mənim də ona qarşı ittihamlarım var. Çünki o tək məni deyil, övladlarım haqda sosial şəbəkələrdə xoşaqəlməz paylaşımlar edib. O paylaşımların hamısını özümdə saxlamışam. Hamısının görüntüləri var. Məni məhkəməyə versə, təbii ki, susmayacağam, qarşılıq olaraq onu məhkəməyə verəcəyəm. Bir qadın əgər özünə hörmət edirsə, öz övladının qədrini bilirsə, digər insanın övladına heç zaman təhqir yağdırmaz”.  

Qeyd edək ki, aylar əvvəl aktrisa Nəzakət Məmmədovanın verilişlərin birində həmkarı Ç.Sultanova haqqında söylədiyi “Bəzi aktrisalarımız aktrisa adını ləkələyirlər.

Birincisi geyimləri ilə... Vacib deyil ki, aktrisa orasını-burasını açsın və bunu tamaşaçılara nümayiş etdirsin. Nə məcburdur? Həmin aktrisanın mənim kimi 50 yaşı var və özünü “sex-simvol” kimi göstərir. Nəyə lazımdır?” sözlərinə Çimnaz “İplə bağlanan “lyubitelskaya” kolbasa.

Bədənin hər yeri sallanan Nəzakət (üzərində göstərərək, qarşı tərəfin artıq çəkili olduğuna işarə edir – red.) sən mənim bədən quruluşumdan danışıb, lağ edirsən?! Sən mənim kimi bu dillərdə əcnəbi xanım rolunu ifa edib, oynaya bilərsən? Sən 60 yaşına kimi harada rol alıb, çıxış etmisən?
Massovkasan, massovka. İş ortalığa çıxar. Heç bilinmir, nəsən, nəçisən” deyərək, sərt şəkildə cavab vermişdi. Bundan sonra tərəflər arasında qalmaqal yaşanmışdı.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

End of content

No more pages to load

RADİO