İranın Xuzistan əyalətinin İza şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gənc Jurnalistlər Klubu Agentliyi məlumat yayıb.
Hadisə nəticəsində polis əməkdaşlarından biri ağır güllə yaraları alıb və xəstəxanada ölüb.
Naməlum şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəxsi avtomobilindən atəş açıb. Hücumun motivləri barədə məlumat verilmir.
Bizim.Media