Rəqsanə: “Toylara yalnız dollarla gedirəm” – VİDEO 

“Daha çox Rusiyada toylarda oluram. İdarə etdiyim toylar isə axşam saat doqquzdan sonra başlayır və səhər saat beşə kimi davam edir. Bu proqramla yaşadığıma görə, artıq alışmışam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu “Gül kimi şou” verilişində deyib.

Toy qiymətlərindən söz açan sənətçi bildirib ki, sənətə gəldiyi ilk gündən el şənliklərinə yalnız qonorarını dollar əskinası ilə alır:

“Hazırda Rusiyada müharibə şəraitidir. Amma Rusiyaya gedib gəlirəm. Deyim ki, sırf Moskvadan Bakıya köçmüşəm, yox. Efirlərə çıxmaq üçün darıxdığıma görə Bakıya gəldim. Mən toy qonorarımı heç kimdən gizlətmirəm. Qayda-qanun var. Boynumuz qıldan incədir. Hamımız qoyulan qaydalara riayət etməliyik. Sənətə gəldiyim ilk gündən toylara yalnız dollarla getmişəm. Heç kim də mənə deyə bilməz ki, kimsə mənə manat və ya rus pulu verib. Elə olub ki, dollar düşüb də, qalxıb da, fərq etmir, qonorarım dollardır”. 

Məclislərdə yarım saat çıxış etmədiyini vurğulayan Rəqsanə toy qiymətində heç kimə endirim etmədiyini deyib: 

“Heç zaman da toy qiymətimi aşağa salmamışam. Daha çox yəhudi dostlarımızın məclislərində iştirak edirəm. Elə ailələr var ki, on ildən çoxdur, onların məclislərini idarə edirəm. Belə olan təqdirdə qonorar məsələsini nəzərə alıram. Yəni ayağımı bir başmağa dirəyib demirəm ki, bu pulu mənə verməlisiniz. Onların da mənim qonorarımdan xəbərləri var. Orada 500 və ya 1000 dolların söhbətini edən insan deyiləm. Elə dostlarım da var ki, onlarla heç zaman qonorar və qiymət söhbəti etmirəm. Amma aldığım qonorar necə idisə, indi də elədir. Artıq Azərbaycanda çox məclislərə dəvətlər almışam. Ora musiqiçi ansamblımla gedəcəm. Ümumiyyətlə, mən yarım saatlıq toylara getmirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

End of content

No more pages to load

RADİO