“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton danışıqları tezliklə baş tuta bilər”.
Bizim.Media "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryan jurnalistlərə açıqlamasında bildirib.
“Vacib olan budur ki, son müzakirələr və danışıqlar zamanı tərəflərin mövqelərinin bir-birinə yaxınlaşması qeydə alınıb” – deyə T.Xaçatryan bildirib.
Bizim.Media