Akademik Milli Dram Teatrının rəhbərliyi və heyyəti II Fəxri xiyabanda Xalq artisti, görkəmli sənətkar Siyavuş Aslanın, Yasamal qəbiristanlığında isə oğlu Çingiz Aslanın məzarlarını ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə teatr məlumat yayıb.
Bildirilib ki, teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı və Əli Nur sənətkarın məzar başı önündə çıxış edib, Səyavuş Aslanın həyatı, yaradıcılığı, Azərbaycan teatrının inkişafındakı misilsiz rolu haqqında bəhs ediblər.
Rəşad Əliyev, Bizim.Media