İrəvanı sülhdən uzaq salan “HÜQUQ” – Ermənistan konstitusiyasındakı ƏRAZİ İDDİALARI

Son vaxtlar Ermənistanla Azərbaycan arasında danışıqlarda intensivlik müşahidə olunur. Lakin bir-birinin ardınca keçirilən görüşlər yekunda nəticəsiz qalır. 

Çünki, Ermənistan danışıqlarda sadəcə imitasiya edir, görüntü yaradır. Hər görüşdə Ermənistan bir iddia irəli sürür. Bu iddalar bitəndə isə “status məsələsi”ni ortaya atır.

Məsəslən, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Eyni zamanda o “biz Qarabağdakı etnik ermənilərin hüquq və azadlıqlarının Azərbaycanın tərkibində təmin olunmasını tələb edirik”-deyir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Ermənistan sərhədində YENİ DÖNƏM – Rusiya oyundan kənar vəziyyətdə QALIR?


Göründüyü kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də suverenliyinə təcavüzdən əl çəkmir. Çünki, ölkə daxilində hansısa hüquqi prodsedurlar keçirmək Azərbaycanın suveren hüququdur.

Baxmayaraq  Prezident İlham Əliyev 3 il əvvəl bəyan edib ki, Azərbaycan Konstitusiyası etnik ermənilərə ölkədə yaşayan digər etnik qruplarla eyni hüquqlara təminat verir, lakin bundan başqa heç nə yoxdur, ermənilər üçün xüsusi güzəştlər yoxdur.
Bununla belə, Ermənistan status məsələsini gündəlikdə saxlamaqla üstüörtülü şəkildə Azərbaycana qarşı ərazi iddiasını davam etdirir. Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə rəsmi İrəvan tərəfindən hər cür maneçilik törətdiyini nəzərə alsaq, Ermənistan tərəfi daha əlverişli geosiyasi vəziyyət gözləyərək çətin və qeyri-qənaətbəxş qərarların qəbulu prosesini mümkün qədər təxirə salmağa çalışır.

Beynəlxalq konyukturanın dəyişəcəyinə ümid edən Ermənistan “konstruktiv” ritorikası ilə prosesləri uzatmaq istəyir.

Amma Ermənistan sülhdən və dinc qonşuluqdan danışmazdan əvvəl dönüb özünün Konstitusiyasına və “Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsi”nə baxsa daha yaxşı olardı.

Xatırladaq ki,  1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti Ermənistanın Müstəqillik Bəyannaməsini qəbul edib. Həmin Bəyannamədə deyilir: 

“Ermənistan SSR Ali Soveti Ermənistan xalqının vahid iradəsini ifadə edərək, erməni xalqının taleyi üçün öz məsuliyyətini dərk edərək, bütün ermənilərin arzularının yerinə yetirilməsi və tarixi ədalətin bərpası prinsiplərindən çıxış edərək Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə Fərmanına  əsasən demokratik, hüquqi cəmiyyət yaratmaq məqsədi daşıyır”.

Bundan başqa Bəyannamənin 11-ci bəndində qeyd edilir ki, Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasının tərəfdarıdır.

Ən nəhayət həmin Bəyannamənin 12-ci bəndində qeyd edilir:

“Bu Bəyannamə Ermənistan Respublikası Konstitusiyasının hazırlanması, qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, dövlət orqanlarının fəaliyyəti, respublikanın yeni qanunvericilik aktlarının hazırlanması üçün əsasdır”.
Nəzərə alaq ki, son 33 ildə ermənilər bu Bəyannəminin tezislərini özləri üçün əsas fəaliyyət proqramı kimi qəbul ediblər. Bəs, belə bir vəziyyətdə Ermənistan nə qədər səmimidir? Əgər ermənilər Azərbaycanın ərazi bütövlüyünü qəbul edirlərsə, onda ilkin olaraq müstəqillik Bəyannamələrinə əl gəzdirməli və Azərbaycanın suverenliyinə hörmətlə yanaşdıqlarını rəsmən elan etməlidirlər.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

“Övladlarım geyimlərimi bəyənmir”

“Övladlarım geyimlərimi bəyənmir”

“Araz Naxçıvan” qış hazırlığını harada keçirəcək? – Klubdan AÇIQLAMA

“Araz Naxçıvan” qış hazırlığını harada keçirəcək? – Klubdan AÇIQLAMA

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

Sertifikasiyaya hazırlaşan müəllimlərin NƏZƏRİNƏ

Sertifikasiyaya hazırlaşan müəllimlərin NƏZƏRİNƏ

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Dörd bürc yuxarıdan güclü bir siqnal alacaq

Dörd bürc yuxarıdan güclü bir siqnal alacaq

İtaliyalı məzuna Azərbaycan HDQ komandanı adından "Dənizçi kortiki" hədiyyə olundu - FOTO/VİDEO

İtaliyalı məzuna Azərbaycan HDQ komandanı adından "Dənizçi kortiki" hədiyyə olundu - FOTO/VİDEO

DİQQƏT: Sabunçu və Xətai rayonlarında qaz olmayacaq

DİQQƏT: Sabunçu və Xətai rayonlarında qaz olmayacaq

Mbappe də Mərakeşə YOLLANIR

Mbappe də Mərakeşə YOLLANIR

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Prezident "Daxili qoşunlar haqqında" qanunu TƏSDİQLƏDİ

Prezident "Daxili qoşunlar haqqında" qanunu TƏSDİQLƏDİ

İcbari tibbi sığorta fondunun cari il üzrə büdcəsinin tərkibi DƏYİŞDİ

İcbari tibbi sığorta fondunun cari il üzrə büdcəsinin tərkibi DƏYİŞDİ

Virtual dünyanın YENİ REALLIQLARI - Uşaqları kibertəhlükələrdən necə qoruya bilərik? - VİDEO

Virtual dünyanın YENİ REALLIQLARI - Uşaqları kibertəhlükələrdən necə qoruya bilərik? - VİDEO

Bir sıra məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Bir sıra məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Abbas Bağırov oğullarından danışdı

Abbas Bağırov oğullarından danışdı

Əfqanıstanın keçmiş polis rəisi Tehranın mərkəzində GÜLLƏLƏNDİ

Əfqanıstanın keçmiş polis rəisi Tehranın mərkəzində GÜLLƏLƏNDİ

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

End of content

No more pages to load

RADİO